Diqqət!!! Balaxanı-Binəqədi avtomobil yolu 3 gün ərzində bağlı olacaq

8 Avqust 2017- 16:15
11 Diqqət!!! Balaxanı-Binəqədi avtomobil yolu 3 gün ərzində bağlı olacaq

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Sabunçu rayonu  Balaxanı- Binəqədi (Balaxanı qəsəbəsinin mərkəzindən Binəqədi yolunun başlanğıcına kimi) avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən – 8 avqustdan etibarən qismən məhdudlaşdırılacaq.

 

Sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək – yəni 3 gün avqust ayının 11- nə kimi qüvvədə olacaq.

 

“Azəravtoyol” ASC vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyir, sürücülərdən alternativ yol kimi Zabrat avtomobil yolu və Ziya Bünyadov prospektindən istifadə etmələrini tövsiyə edir.