Təmir işləri ilə əlaqədar Mikayıl Əliyev küçəsi bağlanır

31 Oktyabr 2015- 00:00
11 Təmir işləri ilə əlaqədar Mikayıl Əliyev küçəsi bağlanır

         Nizami rayonu Mikayıl Əliyev küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq 2 noyabr 2015-ci il tarixində səhər saatlarından həmin küçədə nəqliyyat vasitələrinin hərəkəti təmir işləri bitənədək tam olaraq məhdudlaşdırılır. Nəqliyyat vasitələrinin hərəkətinin tam olaraq məhdudlaşdırılması Mikayıl Əliyev küçəsinin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında olan hissəsində aparılacaq. Həmin kəsişmələrdə yerləşən dairələrdə nəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir məhdudiyyət olmayacaq.