Cənub bölgəsində yollarda yaranan problemlər aradan qaldırılır

31 Oktyabr 2015- 00:00
11 Cənub bölgəsində yollarda yaranan problemlər aradan qaldırılır

        Cənub bölgəsinə yağan aramsız yağışlarla əlaqədar olaraq  “Azəryolservis” ASC-nin həmin rayonlar üzrə Yol İstismar İdarələri gücləndirilmiş iş rejimində çalışırlar. Mövcud olan bütün canlı qüvvə, texnika, maşın və mexanizmlər balansda olan bütün avtomobil yollarında sel suları nəticəsində yaranan problemlərin aradan qaldırılması üçün səfərbər olunub.

        

         Hazırda Cəlilabad, Masallı, Yardımlı, Lənkəran və Lerik rayonlarının “Azəryolservis” ASC-nin balansında olan bütün avtomobil yollarında vəziyyət nəzarət altındadır və təbii fəlakət nəticəsində yarana biləcək hər-hansı bir problemin dərhal aradan qaldırlması üçün bütün texnika, maşın və mexanizmlər hazır vəziyyətdədir.