Nəsimi rayonunda bu küçədə rənglənmə işləri aparılacaq

21 İyun 2017- 12:24
11 Nəsimi rayonunda bu küçədə rənglənmə işləri aparılacaq

"Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi  məqsədi ilə yolların və piyada keçidlərinin yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam  etdirilir.

 

        Belə ki, bu gün axşam saat 22:00-dan etibarən Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsindən Üzeyir Hacıbəyov küçəsinin kəsişməsinə kimi üfüqi nişanlanma xətlərinin rənglənmə işləri aparılacaq.

 

        Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və   ya qismən mədudlaşdırılacaq.

 

        Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

 

       "Azəravtoyol” ASC sürücülərdən iş gedən ərazidə diqqətli olmalarını  xahiş edir.