Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsində rənglənmə işləri aparılacaq

20 İyun 2017- 09:43
11 Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsində rənglənmə işləri aparılacaq

"Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi  məqsədi ilə, yolların və piyada keçidlərinin yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam  etdirilir.

 

Belə ki, bu gün səhər saat 10:00-dan etibarən Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsində üfüqi nişanlanma xətlərinin rənglənmə işləri aparılacaq.

 

Adı çəkilən küçədə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılaraq.

 

Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

 

"Azəravtoyol” ASC sürücülərdən iş gedən ərazidə diqqətli olmalarını  xahiş edir.