Bakı-Ələt-Qazax avtomobil yolunda rənglənmə işləri aparılır

12 İyun 2017- 09:20
11 Bakı-Ələt-Qazax avtomobil yolunda rənglənmə işləri aparılır

“Azəravtoyol” ASC tərəfindən  avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi  məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam  etdirilir.

 

Belə ki, bu gün səhər saat 10:00-dan etibarən Bakı-Qazax magistral avtomobil yolunun 47 km-dən 72 -ci km-ə kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənmə işləri aparılacaq.

 

İşlərin aparıldığı hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən mədudlaşdırılaraq digər zolaqlara yönəldiləcək. 

 

Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

 

"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sürət həddinə riayət etmələrini xahiş edir.