Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli iyun ayının 25-də Zaqatala, Balakən və Qax rayonlarının sakinlərini qəbul edəcək.
Vətəndaşlar 16 iyun tarixindən 19 iyun saat 12:00-dək Agentliyə rəsmi şəkildə info@aayda.gov.az elektron ünvanı və ya poçt vasitəsilə müraciət edərək, həmçinin (012) 599-79-75 Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Qəbulun təşkili məqsədilə vətəndaşların müraciətləri əvvəlcədən qeydə alınacaq.