Az    |     Ru    |     En
      

Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi sizin rəhbərlik etdiyiniz agentlik tərəfindən bu il də yüksək keyfiyyətlə davam etdirilir. Artıq işin çox hissəsi görülmüşdür. Həmin yolun üzərində yerləşən Qusar rayonunun Düztahir kənd sakinləri sizin bu yolun tikintisində gördüyünüz işləri yüksək qiymətləndirir, yolun yüksək keyfiyyətlə inşasını ürəkdən bəyənir. Bu yol Düztahir kəndi ilə yanaşı ətrafda yerləşən 14 kəndin də inkişafına təkan verəcək. Əvəllər istehsal etdiyimiz məhsullar bazarlara çatdıra bilmədiyimiz üçün xarab olur, atırdıq. Gənclərimiz məhz bu yol problemi ucbatından kəndlərdən şəhərə köçürdülər. Yol məsələsi həll olunduqdan sonra inanırıq ki, digər problemlərimiz də həllini tapacaq. Belə geniş yolun çəkilməsinə görə kənd sakinləri adından cənab prezidentimizə və sizə təşəkkür edir, minnətdarlığımızı bildiririk. Sizə can sağlığı, respublikamızın yollarının abadlaşdırılmasında uğurlar arzulayırıq.

 

Hörmətlə ,

 

Qusar rayonu, Düztahir kənd sakinləri.

 

YOLUNUZ AÇIQ OLSUN..

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin