Az    |     Ru    |     En
      

                                  

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

 

UÇOT SİYASƏTİ VƏ MALİYYƏ HESABATLARINA QEYDLƏR

 

(Konsalidasiya hesabatı)

 

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

 

 

 

МÜƏSSİSƏ HAQQINDA MƏLUMAT

 

            "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti "Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamına, "Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 28 dekabr tarixli 1659 nömrəli Sərəncamına və "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 mart tarixli 826 nömrəli Fərmanına əsasən fəaliyyət göstərən qurumdur.

        Azərbaycan Respublikası Prezidentinin 1638 saylı 18.10.2017-ci il tarixli Fərmanı ilə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişilərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (bundan sonra - Agentlik adlandırılacaq) olmuşdur.

        Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 1747 saylı, 19.12.2017-ci il tarixli Qərarıi ilə təsdiq edilmişdir.

Agentliyin nizamnamə kapitalı 713105315,00 manat təşkil edir və 100 faiz dövlətə məxsusdur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vahid  99000013141 №-li VÖEN-li vergi ödəyicisidir.

          -    Əsas fəaliyyət növü:           Avtomobil yollarının saxlanılması, istismarı, tikintisi və təmiri

          -    Mülkiyyət növü:                 Dövlət mülkiyyəti

          -    Təşkilatı-hüquqi forması:   Publik hüquqi şəxs

          -    Tabeçiliyi:                          Prezident

          -   Hüquqi ünvan: AZ1117, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 2025-ci məhəllə.    

        Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi  Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.

         Agentliyin əsas məqsədləri Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmətlərin göstərilməsindən, balansına verilmiş avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsindən, istismarından, bərpasından, təmirindən, yenidən qurulmasından, tikilməsindən, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasından və onların vəziyyətinə nəzarət edilməsindən, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsindən ibarətdir.

         Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tabeçiliyində olan 103 struktur vahidləri tərəfindən tərtib edilmiş illik maliyyə hesabatları əsasında hesabat dövrü üçün birləşdirilmiş toplu maliyyə hesabatları təqdim edir.

   

   Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tabeçiliyində olan 103 struktur vahidləri  nizamnamə kapitalları göstərilməklə aşağıdakılardan ibarətdir:

 

Struktur vahidləri 

Nizamnamə kapitalı
 

1

  1 №li Magist Yİ MMC-Sumqayıt

                    20,00  

2

  2 №li Magist Yİ  MMC-Qobustan

                    20,00  

3

  3 №li Magist Yİ  MMC-Göygöl

           200 020,00  

4

  4 №li Magist Yİ  MMC-18 km-dən

      43 400 000,00  

5

  5 №li Magist Yİ  MMC-Mingəçevir

                    20,00  

6

  6 №li Magist Yİ  MMC-İmişli

                    20,00  

7

  7 №li Magist Yİ  MMC-Lənkəran

                    20,00  

8

  Bakı 1 №li Yİ  MMC

      49 299 983,00  

9

  Bakı 4 №li Yİ  MMC

      21 691 000,00  

10

  Bakı 5 №li Yİ  MMC

           180 000,00  

11

  Bakı 6 №li Yİ  MMC

        6 000 020,00  

12

  Bakı 7 №li Yİ  MMC

           400 020,00  

13

  Bakı 8 №li Yİ  MMC

                    10,00  

14

  Bakı 9 №li Yİ  MMC

           400 010,00  

15

  Bakı 10 №li Yİ  MMC

           305 566,00  

16

  1 №li XT Yİ  MMC-Bakı

             70 000,00  

17

  2 №li XT Yİ  MMC-Bakı

           225 582,00  

18

  3 №li XT Yİ  MMC-Bakı

      13 500 000,00  

19

  4 №li XT Yİ  MMC-Bakı

           250 000,00  

20

  5 №li XT Yİ  MMC-Bakı

             40 000,00  

21

  6 №li XT Yİ  MMC-Bakı

        2 000 000,00  

22

  7 №li XT Yİ MMC-Bakı

    272 225 702,00  

23

  8 №li XT Y İMMC-Bakı

      10 635 833,00  

24

  9 №li XT Yİ MMC-Quba

        1 000 000,00  

25

  10 №li XT Yİ MMC-Siyəzən

        1 505 600,00  

26

  11 №li XT Yİ MMC-Quba

                    10,00  

27

  12 №li XT Yİ MMC-Gəncə

                    20,00  

28

  13 №li XT Yİ MMC-Cəbrayıl

                    20,00  

29

  14 №li XT Yİ MMC-Bakı

      56 862 702,00  

30

  15 №li XT Yİ MMC-Bakı

      20 022 000,00  

31

  16 №li XT Yİ MMC-İmişli

        1 326 920,00  

32

  17 №li XT Yİ MMC-Bakı

        1 200 020,00  

33

  18 №li XT Yİ MMC-Bakı

                    20,00  

34

  1 №li Yİ MMC-Xızı

             50 000,00  

35

  2 №li Yİ MMC-Siyəzən

        2 000 000,00  

36

  3 №li Yİ MMC-Şabran

                    20,00  

37

  4 №li Yİ MMC-Xaçmaz

        4 500 000,00  

38

  5 №li Yİ MMC-Quba

        8 000 000,00  

39

  6 №li Yİ MMC-Qusar

        3 000 000,00  

40

  7 №li Yİ MMC-Qobustan-Şamaxı

        5 000 000,00  

41

  9 №li Yİ MMC-İsmayıllı

        2 500 000,00  

42

  10 №li Yİ MMC-Qəbələ

      10 004 970,00  

43

  11 №li Yİ MMC-Oğuz

        1 470 000,00  

44

  12 №li Yİ MMC-Şəki

      16 600 000,00  

45

  13 №li Yİ MMC-Qax

        4 198 992,00  

46

  14 №li Yİ MMC-Zaqatala

        5 000 000,00  

47

  15 №li Yİ MMC-Balakən

           112 000,00  

48

  16 №li Yİ MMC-Ağsu

        4 000 000,00  

49

  17 №li Yİ MMC-Göyçay

      45 000 000,00  

50

  18 №li Yİ MMC-Ağdaş

        6 823 023,00  

51

  19 №li Yİ MMC-Yevlax

        3 500 000,00  

52

  20 №li Yİ MMC-Hacıqabul

           130 000,00  

53

  21 №li Yİ MMC-Kürdəmir

        1 725 593,00  

54

  22 №li Yİ MMC-Ucar

        3 488 460,00  

55

  23 №li Yİ MMC-Goranboy

        6 000 000,00  

56

  24 №li Yİ MMC-Göygöl

           200 000,00  

57

  25 №li Yİ MMC-Şəmkir

      12 000 000,00  

58

  26 №li Yİ MMC-Tovuz

        3 500 000,00  

59

  27 №li Yİ MMC-Ağstafa

           498 219,00  

60

  28 №li Yİ MMC-Qazax

        3 416 825,00  

61

  29 №li Yİ MMC-Naftalan

                    20,00  

62

  30 №li Yİ MMC-Samux

             19 793,00  

63

  31 №li Yİ MMC-Daşkəsən

      17 693 000,00  

64

  32 №li Yİ MMC-Gədəbəy

        4 000 000,00  

65

  33 №li Yİ MMC-Şirvan

           629 866,00  

66

  34 №li Yİ MMC-Sabirabad

        1 188 436,00  

67

  35 №li Yİ MMC-Saatlı

             70 000,00  

68

  37 №li Yİ MMC-Beyləqan

        2 000 000,00  

69

  38 №li Yİ MMC-Füzuli

        1 213 236,00  

70

  39 №li Yİ MMC-Zərdab

           462 746,00  

71

  40 №li Yİ MMC-Ağcəbədi

        2 091 190,00  

72

  41 №li Yİ MMC-Ağdam

        1 469 018,00  

73

  42 №li Yİ MMC-Tərtər

        4 000 000,00  

74

  43 №li Yİ MMC-Bərdə

        1 063 194,00  

75

  44 №li Yİ MMC-Salyan

        1 163 156,00  

76

  45 №li Yİ MMC-Biləsuvar

           200 000,00  

77

  46 №li Yİ MMC-Cəlilabad

             70 000,00  

78

  47 №li Yİ MMC-Masallı

        1 640 752,00  

79

  48 №li Yİ MMC-Lənkəran

        1 607 750,00  

80

  49 №li Yİ MMC-Astara

             90 000,00  

81

  50 №li Yİ MMC-Neftçala

           338 900,00  

82

  51 №li Yİ MMC-Yardımlı

        3 200 000,00  

83

  52 №li Yİ MMC-Lerik

        2 548 047,00  

84

  53 №li Yİ MMC-Qubadlı

           292 000,00  

85

  54 №li Yİ MMC-Xocalı

        9 090 000,00  

86

  55 №li Yİ MMC-Kəlbəcər

           493 611,00  

87

  56 №li Yİ MMC-Laçın

                    20,00  

88

  Avtomobil Yol Mühaf.Xidməti-Bakı

             70 080,00  

89

  Azəryolelmitədqiqatlayihə İns.-Bakı

           240 000,00  

90

  Avtomobil Yol Rabitə və İşiqla-Bakı

             10 000,00  

91

 Körpülərin İstis Təmiri Müəssisəsi-Bakı

                    20,00  

92

1№li Regional Аvt.YY və Ekol.MMC Bakı

                    20,00  

93

2№li Regional Аvt.YY və Ekol.MMC Gəncə

             21 110,00  

94

1№li Avt. YY MMC-Bakı

           150 000,00  

95

2№li Avt. YY MMC-Bakı

             90 000,00  

96

3№li Avt. YY MMC-Bakı

           130 000,00  

97

4№li Avt. YY MMC-Salyan

           130 000,00  

98

5№li Avt. YY MMC-Sabirabad

                    20,00  

99

6№li Avt. YY MMC-Ucar

                    50,00  

100

7№li Avt. YY MMC-İsmayıllı

                    20,00  

101

8№li Avt. YY MMC-Şəki

           100 000,00  

102

9№li Avt. YY MMC-Tərtər

                    20,00  

103

10№li Avt. YY MMC-Ağstafa

             69 980,00  

 

Yekun

    713 105 315,00  

 

  

        Agentliyin maliyyə-təsərrüfat fəaliyyətinə aşağıdakı şəxslər cavabdehdirlər:

  • Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri:  Saleh Ərşad oğlu Məmmədov
  • Maliyyə İdarəsinin  rəisi: Müseyib Mürsəl oğlu Həmzəyev

 

 

        TƏQDİMATIN ƏSASI

 

        Agentlik mühasibat yazılaşlarını Azərbaycan Respublikasının mühasibat uçotu qaydaları əsasında aparır.

        Maliyyə hesabatlarının hazırlanmasında hesabat tarixinə aktiv və öhdəliklərin qeyd olunmuş məbləğlərinə və hesabat dövründə gəlir və xərclərin qeydə alınmış məbləğlərinə təsir edə biləcək hesablamalardan istifadə olunur.

 

 

       ƏMƏLIYYAT VALYUTASI

 

       Təqdim olunan maliyyə hesabatlarında əməliyyat valyutası Azərbaycan Manatıdır (“AZN”)

 

 

       UÇOT SİYASƏTLƏRİ

 

       Aşağıdakı uçot siyasətləri əsaslı surətdə əhəmiyyətli olan maddələrə müvafiq olaraq müəssisənin maliyyə hesabatlarında tətbiq edilmişdir.

 

 

      UÇOT METODU

 

      Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin mühasibat uçotu  Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 30 yanvar 2017-сi il tarixli Q-01 №li Qərarı ilə təsdiq edilmiş “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən, Mühasibat uçotunun aparılması qaydaları”-na uyğun olaraq aparılır.

      Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli, 716-IIQ №-li Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

      Maliyyə hesabatları ilkin mühasibat sənədləri əsasında hazırlanmışdır.

 

 

       PUL VƏSAİTLƏRİ, BANK VƏ KASSA ƏMƏLİYYATLARI                

 

      Pul vəsaitləri – nağd pul vəsaitləri, bank hesablarında saxlanılan və tələblər üzrə verilən pul vəsaitləridir.

      Agentlik aşağıdakı cədvəldə göstərilən banklarda hesablaşma hesabı və valyuta hesabı açmaqla bank əməliyyatlarını həyata keçirir.

     Agentliyin bank və xəzinə hesabları aşağıdakı kimidir:

Bankın adı

Hesab nömrəsi

Valyuta növü

DƏMİRBANK ASC-NİN MƏRKƏZ FİLİALI

AZ73AZER000024581036EUR40130

EUR

"UNİBANK KOMMERSİYA BANKI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

AZ76UBAZ01007947240160USD001

USD

"BANK TECHİQUE" AÇIQ SƏMDAR CƏMİYYƏTİ

33160356440001

USD

"BANK TECHİQUE" AÇIQ SƏMDAR CƏMİYYƏTİ

33060356440001

AZN

"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

AZ20IBAZ38190018409330331120

USD

BEYNƏLXALQ SKB-NIN NƏQLİYYAT FİLİALI

AZ62IBAZ380050109449345490205

AZN

BEYNƏLXALQ SKB-NIN NƏQLİYYAT FİLİALI

AZ52IBAZ38150108409345490205

USD

"KAPİTAL BANK" ASC-NİN RABİTƏ FİLİALI

38060029441802833118

AZN

KAPİTAL BANK SB-IN BAKI ŞƏHƏR FİLİALI

32010029441020203102

AZN

DƏMİRBANK ASC-NİN MƏRKƏZ FİLİALI

AZ81AZER000017110091AZN40030

AZN

KAPİTAL BANK SB-IN BAKI ŞƏHƏR FİLİALI

32110028401020203102

USD

DƏMİRBANK ASC-NİN MƏRKƏZ FİLİALI

17110372-USD-3816-6

USD

KAPİTAL BANK SB-IN BAKI ŞƏHƏR FİLİALI

32110018401020203102

USD

KAPİTAL BANK SB-IN BAKI ŞƏHƏR FİLİALI

32010019441020203102

AZN

BEYNƏLXALQ SKB-NIN NƏQLİYYAT FİLİALI

AZ06IBAZ38150078409345490205

USD

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

AZ11İBAZ38150018409345490205

USD

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

AZ28İBAZ38150018109345490205

RUR

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

AZ21İBAZ38050019449345490205

AZN

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

AZ16İBAZ38050079449345490205

AZN

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

AZ88İBAZ38150019789345490205

EUR

Dəmirbank ASC-nin Mərkəz Filialı

AZ76AZER000039136578AZN40030

AZN

Kapital Bank ASC-nin Rabitə Filialı

AZ11AİİB33070019441801833118

AZN

Kapital Bank ASC-nin Rabitə Filialı

AZ98AİİB33170018401801833118

USD

Kapital Bank ASC-nin Rabitə Filialı

AZ91AİİB33070029441801833118

AZN

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

11306019449345490205

AZN

Paşa Bank Açıq Səhmdar Cəmiyyəti

AZ72PAHA00000000000010007491

USD

Kapital Bank ASC-nin Rabitə Filialı

18160018401801833118

USD

Kapital Bank ASC-nin Rabitə Filialı

32110018401801833118

USD

Kapital Bank ASC-nin Rabitə Filialı

32010019441801833118

AZN

Kapital Bank ASC-nin Rabitə Filialı

18060019441801833118

AZN

Kapital Bank ASC-nin Rabitə Filialı

AZ81AİİB33170028401801833118

USD

Kapital Bank ASC-nin Rabitə Filialı

Az64AİİB33170038401801833118

USD

Kapital Bank ASC-nin Nəsimi Filialı

AZ69AİİB38050019441801833111

AZN

Kapital Bank ASC-nin Nəsimi Filialı

AZ59AİİB38150018401801833111

USD

Kapital Bank ASC-nin Nəsimi Filialı

AZ39AİİB38150019781801833111

EUR

Kapital Bank ASC-nin Nəsimi Filialı

AZ51AİİB38150016431801833111

RUR

Bank of Azerbaijan ASC

AZ11AZEJ00100186610004R38150

RUR

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

AZ91İBAZ38150028409345490205

USD

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

AZ84İBAZ38050039449345490205

AZN

Kapital Bank ASC-nin Rabitə Filialı

AZ03İBAZ38150069789345490205

EUR

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

AZ83İBAZ38150079789345490205

EUR

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

Az23İBAZ38150068409345490205

USD

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

AZ33İBAZ38050069449345490205

AZN

Beynəlxalq SKB-nın Nəqliyyat filialı

AZ04İBAZ38050029449345490205

AZN

BEYNƏLXALQ SKB-NİN
 NƏQLİYYAT FİLİALI

AZ86IBAZ38150088409345490205

USD

BEYNƏLXALQ SKB-NİN
 NƏQLİYYAT FİLİALI

AZ96IBAZ38050089449345490205

AZN

"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC

AZ30IBAZ38090019449330331120

AZN

"KAPİTAL BANK"ASC-NİN
 RABİTƏ FİLİALI

38160018401801833118

USD

"KAPİTAL BANK"ASC-NİN
 RABİTƏ FİLİALI

38160019781801833118

EUR

"KAPİTAL BANK"ASC-NİN
 RABİTƏ FİLİALI

32110018401801774118

USD

"KAPİTAL BANK"ASC-NİN
 RABİTƏ FİLİALI

32110019781801774118

EUR

BEYNƏLXALQ SKB-NİN
 NƏQLİYYAT FİLİALI

AZ40IBAZ38150058409345490205

USD

BEYNƏLXALQ SKB-NİN
 NƏQLİYYAT FİLİALI

11316018409345490205

USD

"KAPİTAL BANK"ASC-NİN
 RABİTƏ FİLİALI

38060019441801833118

AZN

BEYNƏLXALQ SKB-NİN
 NƏQLİYYAT FİLİALI

AZ79IBAZ38050099449345490205

AZN

BEYNƏLXALQ SKB-NİN
 NƏQLİYYAT FİLİALI

AZ50IBAZ38050059449345490205

AZN

"AZƏR-TÜRK BANK" ASC

AZ86AZRT00034225ATB001C00001

AZN

"AZƏR-TÜRK BANK" ASC

AZ44AZRT00034225ATB002C00002

USD

"KAPİTAL BANK"ASC-NİN
 RABİTƏ FİLİALI

AZ74AIIB33070039441801833118

AZN

"BANK OF AZERBAİJAN"ASC

AZ26AZEJ00100186610002U38150

USD

"BANK OF AZERBAİJAN"ASC

AZ35AZEJ0010018660007A38050

AZN

"PAŞA BANK"ASC

AZ72PAHA00000000000010007491

AZN

"KAPİTAL BANK"ASC-NİN
 RABİTƏ FİLİALI

32010019441801774118

AZN

DƏMİRBANK ASC MƏRKƏZ FİL.

AZ52AZER000046821858AZN40030

AZN

"BANK OF AZERBAİJAN"ASC

AZ91AZEJ001001186610003E38150

EUR

BEYNƏLXALQ SKB-NİN
 NƏQLİYYAT FİLİALI

AZ69IBAZ38150098409345490205

USD

"KAPİTAL BANK"ASC-NİN
 RABİTƏ FİLİALI

38160018101801833118

RUR

"UNİBANK KOMMERSİYA
 BANKI"ASC

AZ39UBAZ01007947240060AZN001

AZN

7 saylı Xəzinədarlıq İdarəsi

8187701

AZN

7 saylı Xəzinədarlıq İdarəsi

5357702

AZN

7 saylı Xəzinədarlıq İdarəsi

2207702

AZN

 

 

       

 Qeyd: Cəmi 9 bankda 71 cari hesab mövcuddur.   

"O cümlədən:  USD ilə 26 hesabda, EUR ilə 8 hesabda, RUR ilə 4 hesabda və AZN 33 hesabda"      

          Agentliyin funksional valyutası AZN-dir.  Agentliyin gəlir, xərc, alınmış avadanlıq, mal-material ehtiyatları və öhdəliklərinin qiymətləndirilməsi, çəkilməsi, ödənilməsi və ya digər yolla ölçülməsi AZN ilə həyata keçirilir.

         Xarici valyuta ilə aparılmış əməliyyatlar ilkin olaraq əməliyyat tarixində qüvvədə olan müvafiq məzənnələri istifadə etməklə AZN ilə qeydə alınır.

         Agentliyin pul vəsaitlərinin hərəkəti  və onların  ekvivalentlərinin ilin sonuna qalığı aşağıdakı kimi olmuşdur:

Pul vəsaitləri

01.01.2018-ci

Mədaxil

Məxaric

31.12.2018-ci

 ilə qalıq

ilə qalıq

Kassada pul vəsaiti

47258,38

537207,39

115210,59

469255,18

Bank hesablarında manat

4431402,52

1320216726,70

1320282052,85

4366076,37

Bank hesablarında valyuta

973576,58

98243650,82

91376273,59

7840953,81

Sair pul vəsaitləri

92638,47

131349618,93

131362502,64

79754,76

Cəmi

5544875,95

1550347203,84

1543136039,67

12756040,12

 

   

  TORPAQ, TIKILI, AVADANLIQ VƏ AMORTIZASIYA

 

       Aktiv kimi tanına bilən torpaq, tikili və avadanlıq obyekti əldə olunan zaman ilkin dəyəri əsasında tanınır. “İlkin dəyər” ödənilmiş pul və ya pul ekvivalentlərinin məbləğinə və ya ödənilmiş hər hansı digər əvəzləşdirmənin ədalətli dəyərinə bərabərdir. Əsas vəsaitlər yığılmış köhnəlmə və hər hansı qiymətdən düşmə zərəri çıxılmaqla ilkin dəyərlə tanınır (“ilkin dəyər modeli”). Torpaq istisna olmaqla əsas vəsaitlərin köhnəlməsi “azalan qalıq metodu” əsasında aktivlərin illik köhnəlmə dərəcələrini istifadə etməklə hesablanır :

           Binalar və tikililər                                                           7 %

           Maşın və avadanlıqla                                                    25 %

           Nəqliyyat vasitələri                                                       25 %

           Digər aktivlər                                                                20 %

      Hər bir maliyyə ilinin sonunda aktivlərin qiymətdən düşmə zərərini müəyyən etmək üçün ilkin dəyərə əsaslanan balans dəyəri ilə bərpa oluna bilən dəyəri müqayisə edilir. Əgər balans dəyəri bərpa oluna bilən dəyərindən əhəmiyyətli dərəcədə atrıq olarsa, bu iki dəyər arasındakı fərq mənfəət və zərər haqqında hesabatda xərc kimi göstərilməklə balans dəyəri bərpa oluna bilən dəyərə qədər silinir.

     Agentliyin əsas vəsaitlərinin balans dəyəri ilə hərəkəti aşağıdakı kimidir:

 

01.01.2018-ci ilə balans dəyəri

İl ərzində

31.12.2018-ci ilə balans dəyəri

Mədaxil

Məxaric

01-Binalar

23682476,62

209227,80

236,00

23891468,42

02-Qurğular

488408407,31

933235319,39

77301843,75

1344341882,95

03-Ötürücü qurğular

360565910,98

52084052,43

20687287,00

391962676,41

04-Maşın və avadanlıqlar

104196426,46

11411102,73

807298,62

114800230,57

05-Nəqliyyat vasitələri

143211908,69

19885760,77

9023073,10

154074596,36

06-İşalətləri,istehsal və təsər inventarları

1616151,73

61146,20

14208,00

1663089,93

07-Çoxillik əkmələr

2053250,64

31618,60

0,00

2084869,24

08-Digər növ əsas vəsaitlər

2104260,67

249277,15

81883,00

2271654,82

CƏMİ:

1125838793,10

1017167505,07

107915829,47

2035090468,70

  

     Agentliyin  əsas vəsaitlərinin köhnəlməsinin və qalıq dəyərinin hərəkəti aşağıdakı kimidir:

 

01.01.2018-ci ilə qalıq dəyəri

2018-cı ilə Amortizasiya

Cəmi Amortizasiya

31.12.2018-ci ilə qalıq dəyəri

 
 

01-Binalar

20828253,07

1672402,79

1672402,79

22219065,63

 

02-Qurğular

488408407,31

188963996,17

188963996,17

1155377886,78

 

03-Ötürücü qurğular

201295855,77

54874774,70

54874774,70

337087901,71

 

04-Maşın və avadanlıqlar

41427429,68

17220034,59

17220034,59

97580195,98

 

05-Nəqliyyat vasitələri

64359563,75

23111189,45

23111189,45

130963406,91

 

06-İşalətləri,istehsal və təsər inventarları

734327,83

332617,99

332617,99

1330471,94

 

07-Çoxillik əkmələr

1960083,62

416973,85

416973,85

1667895,39

 

08-Digər növ əsas vəsaitlər

1389024,81

454330,96

454330,96

1817323,86

 

CƏMİ:

820402945,84

287046320,49

287046320,49

1748044148,21

 

    

   Agentliyin balansında olan əsas vəsaitlərin 01.12.2018-ci il tarixinə inventarizasiyası aparılmışdır.  

 

 

      QEYRİ-MADDİ AKTİVLƏR

 

       Qeyri-maddi aktivlərin tanınması onların ilkin dəyəri əsasında aparılır. İdarə ilkin tanınmadan sonra qeyri-maddi aktivi amortizasiya çıxılmaqla ilkin dəyər ilə uçota alır (“ilkin dəyər modeli”). Qeyd etmək lazımdır ki, faydalı müddətinə malik qeyri-maddi aktivlər amortizasiya oluna bilərlər, Faydalı istifadə müddətləri qeyri-müəyyən olan qeyri-maddi aktivlər isə amortizasiya oluna bilməzlər. İdarə faydalı istifadə müddətinə malik qeyri-maddi aktivlərə qanunvericiliklə müəyyən edilmiş amortizasiya hesablayır.

        Agentliyin Qeyri-maddi aktivlərinin hərəkəti aşağıdakı kimidir:

 Qeyri maddi aktivlər

   
 
 

1 yanvar 2018-ci il
 tarixə ilkin dəyəri

67828,66

 

Yığılmış amortizasiya

0,00

 

1 yanvar 2018-ci il
 tarixə qalıq dəyəri

67828,66

 

Daxilolmalar

0,00

 

Xaricolmalar

0,00

 

Amortizasiya  hesablamaları

0,00 

 

31 dekabr 2018-ci il
 tarixə ilkin dəyəri

67828,66

 

Yığılmış amortizasiya

0,00

 

31 dekabr 2018-ci il
 tarixə qalıq dəyəri

67828,66

 

 

 

 

     EHTİYYATLAR (ƏMTƏƏ VƏ MATERİAL QİYMƏTLİLƏRİ)

 

     Ehtiyatlar ilkin dəyər və ehtimal edilən satış dəyərindən daha az olan dəyərlə qiymətləndirirlər. Ehtiyatların maya dəyəri birinci satınalmaların qiyməti üzrə (FİFO metodu) hesablanır. Hazır məhsulun və bitməmiş istehsalın maya dəyərinə xammal və material xərcləri, istehsal işçilərinin əmək haqqı xərcləri, sair birbaşa xərclər, həmçinin inzibati xərclərin müvafiq hissəsi daxil edilir.

    Agentliyin material ehtiyatlarınin  hərəkəti aşağıdakı kimidir:

 

01.01.2018-ci ilə  dəyəri

Mədaxil

Məxaric

31.12.2018-ci ilə dəyəri

Material ehtiyatları

85845516,92

818899761,69

790862669,96

113882608,65

Cəmi:

85845516,92

818899761,69

790862669,96

113882608,65

 

       Agentliyn azqiymətli əşyalarının balans dəyəri ilə hərəkəti aşağıdakı kimidir:

 

01.01.2018-ci ilə balans dəyəri

İl ərzində

31.12.2018-ci ilə balans dəyəri

Mədaxil

Məxaric

12-Azqiymətli

3 609 239,51

1 052 464,10

3 269 316,64

1 392 386,97

CƏMİ:

3 609 239,51

1 052 464,10

3 269 316,64

1 392 386,97

 

 

Agentliyn azqiymətli əşyalarının qalıq dəyəri ilə hərəkəti aşağıdakı kimidir:

 

01.01.2018-ci ilə qalıq dəyəri

Silinmişdir

Cəmi silinmişdir

31.12.2018-ci ilə qalıq dəyəri

 

12-Azqiymətli

3 383 974,23

279 879,09

279 879,09

1 112 507,88

CƏMİ:

3 383 974,23

279 879,09

279 879,09

1 112 507,88

 

         QURAŞDİRİLASI AVADANLIQLAR

 

         Agentliyin 01.01.2018-ci il tarixinə Quraşdırılası avadanlıqlar üzrə qalıq 108838,00 manat olmuşdur. 31.12.2018-ci il tarixinə Quraşdırılası avadanlıqlar üzrə qalıq  108838,00 manat olmuşdur.

 

 

        BAŞA ÇATDIRILMAYAN KAPİTAL QOYULUŞLARI

 

        Agentliyin 01.01.2018-ci il tarixə Başa çatdırılmayan kapital qoyuluşları üzrə qalıq  8197166258,98 manat olmuşdur. Hesabat ilinin sonuna Başa çatdırılmayan kapital qoyuluşları üzrə  qalıq  9464734168,26  manat olmuşdur.

 

   

        BİTMİŞ İSTEHSAL

 

        Agentliyn 01.01.2018-ci il tarixə Bitmiş istehsal üzrə qalıq  115746,56 manat olmuşdur. Hesabat ilinin sonuna isə  qalıq  43097,70  manat olmuşdur.

 

 

        GƏLƏCƏK DÖVRÜN XƏRCLƏRİ

 

       Agentliyin 01.01.2018-ci il tarixə Gələcək dövrün xərcləri üzrə qalıq  4188085,00 manat olmuşdur. Hesabat ilinin sonuna isə  qalıq  26055140,47 manat olmuşdur.

 

 

        HAZIR MƏHSUL

 

        Agentliyin 01.01.2018-ci il tarixə Hazır məhsul üzrə qalıq  16772,00 manat olmuşdur. Hesabat ilinin sonuna isə  qalıq  40420,14 manat olmuşdur.

 

 

        ALINMIŞ QİYMƏTLİLƏR ÜZRƏ ƏDV

 

        Agentliyin 01.01.2018-ci il tarixə Alınmış qiymətlilərin ƏDV-si üzrə qalıq 507579,22 manat olmuşdur. Hesabat ilinin sonuna isə  qalıq 538633,69 manat olmuşdur.

 

 

        İŞÇİ HEYƏTİ İLƏ BAĞLI XƏRCLƏR VƏ AİDİYYATI AYIRMALAR.

 

        Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq Agentlik işçilərin əmək  haqqlarindan məcburi sosial sığorta haqları tutur və onların Dövlət Sosial Müdafiə Fonduna köçürülür. Bundan əlavə bu tip təqaüd sistemi işəgötürən tərəfindən işçilərin əmək haqqı fondunun müəyyən faizi kimi Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqları ayırmlarını nəzərdə tutur.Təqaüdə çıxdıqda təqaüdlə bağlı bütün ödənişlər Dövlət Sosial Fondu tərəfindən yerinə yetirilir.Müəssisə Dövlət Sosial Müdafiə Fondunun qaydalarından əlavə ümumi əmək haqqı ödənişlərinin faizi kimi hesablanmış işçilər tərəfindən cari yardımları tələb edən pensiya ilə bağlı hər hansı,fərdi qadalara malik deyildir. Bundan başqa, Agentlikdə hesablanması tələb olunan pensiya müavinətləri və ya kompensasiya edilən digər mühüm müavinətlər mövcud deyildir.

        2018-ci ildə  işçilərin orta sayı 13382 nəfər olmuş, işçilərə  hesablanmış əmək haqqı 59600549,73 manat olmuşdur. İşçilərin əmək haqqından 16010431,68 manat sosiai müdafiə fonduna ayırmalar hesablanmış, ondan 92088,00 manat müəssisəyə xərclənmiş və fondunun hesabına 15756910,00 manat köçürülmüşdür. Hesabat ilinin sonuna fond üzrə borc qalığı 993624,56 manat olmuşdur.  31.12.2018-ci il tarixə işçilərə 4353101,06 manat əmək haqqı üzrə borc qalığı qalmışdır. İşçilərin əməyinin ödənişi ştat cədvəlinə əsasən hesablanıb kart vasitəsi ilə ödənilmişdir.

 

         GƏLİR VƏ XƏRCLƏRİN TƏHLİLİ

 

         Agentliyin 2018-ci ildə əsas fəaliyyət növü olan avtomobil yollarının saxlanılması, tikintisi və təmiri işləri yerinə yetirmişdir. Agentliyin əsas fəaliyyəti Agentliyin özü ilə bağlanmış müqavilələr əsasında aparilir. Agentlikdə müqavilələrin qeydiyyatı aparılmaqla il ərzində cəmi 1128854747,64 manat dəyərində iş həcmi yerinə yetirilmlşdir. Agentliyn 2018-ci ildə əsas fəaliyyətdən  gəliri  ƏDV nəzərə alınmamaqla 997505129,64 manat olmuşdur. Əlavə dəyər vergisi 131349618,00 manat təşkil etmişdir. Sair gəlir olmamışdır.

       Agentlik avtomobil yollarının saxlanılması, tikintisi və təmiri xərcləri avtomobil yollarının saxlanılması tikinti və tikinti quraşdırma işlərinin smetalarında nəzərdə tutulan ayırmalar əsasında maliyyələşdirilir. 2018-ci ildə Agentlik üzə normativ əsasında 997487590,95 manat vəsait xərclənmişdir.

       Agentliyin 2018-ci ildə gəlirdən  çıxılan xərclərin icrası aşağıdakı kimi olmuşdur:

 

Xərclər

manatla

çəkisi %

Ə/haqqı

59600549,73

5,98

Dövlət Sosial Müdafiə Fonduna ayırmalar

13410123,69

1,34

Elektrik enerji xərci

2806181,38

0,28

Dəftərxana və təsərrüfat xərcləri

214347,15

0,02

Xammal-material

741280689,72

74,31

Yanacaq xərci

49581980,24

4,97

Rabitə xərci

70063,38

0,01

Mühafizə xidməti

1996704,04

0,20

Komunal xərclər

2692277,34

0,27

İŞ sgorta xərci

159914,69

0,02

Büdcə xərcləri

127176,90

0,01

Əsas vəsaitlərin amortizasiyasi

13834315,74

1,39

Ezamiyyə xərcləri

711361,83

0,07

Azqiymətli tezköhnələn əşyalar

240609,42

0,02

Nəqliyyat xərcləri

10302742,02

1,03

Bank xərci

15354607,93

1,54

Ehtiyyat hissələr

6953476,36

0,70

Əsas vəsaitlərin təmiri

1027313,60

0,10

İcarə haqqı

6249739,60

0,63

Digər xərclər

70873416,19

7,11

CƏMİ

997487590,95

100,00

      

      Agentlik 2018-ci ildə 17538,69 manat mənfəətlə  işləmişdir. Agentliyin əldə etdiyi mənfəətdən 20 faiz dərəcəsi ilə 3507,74 manat mənfəət vergisi hesablanmış və  Agentliyin sərəncamında 14030,95 manat sərbəst mənfəət qalmışdır.

      HESABLAŞMA VƏ KREDİT ƏMƏLİYYATI

 

     Agentlik 2018-ci ildə uzun müddətlı bank kreditləri almışdır.  

     Agentliyin uzun müddətlı və qısa müddətli bank kreditləri üzrə hesablaşmalari aşağıdakı kimidir:  

 

İlin əvvəlinə qalıq

Yaranan  borc

Ödənilən

İlin sonuna          qalıq

  borc

Uzun müddətli bank kreditləri

294739488,20

81732360,88

110553438,82

265918410,26

 

 

 

 

 

Qısamüddətli bank kreditləri

2632855,00

2000000,00

2184687,00

2448168,00

      

      Agentlik 2018-ci ildə müəssisələrlə hesablaşmaları bank hesablaşmaları ilə aparılmışdır.

      Agentliyin debitorlarla və kreditorlarla  hesablaşmalari aşağıdakı kimidir:  

 

İlin əvvəlinə qalıq

Yaranan borc

Ödənilən borc

  İlin sonuna          qalıq

Debitor borclar

48445502,40

129228546,92

128308874,51

49365174,81

O, cümlədən vaxtı keçmiş

 

 

 

 

Kreditor borclar

30876799,12

227964163,30

222067444,23

36773518,19

O, cümlədən vaxtı keçmiş

 

 

 

 

 

 

        VERGİLƏR

 

       Agentlik Azərbaycan Respublikası Vergi Məcəlləsinə müvafiq olaraq, mənfəət vergisi, əmlak vergisi və əlavə dəyər vergisi, muzdlu və muzdlu olmayan gəlirlərdən gəlir vergisi, bu gəlirlərlə əlaqədar sosial sığorta ayırmaları, vergi qanunvericiliyinin tələblərinə müvafiq olaraq sair vergilərin və dövlət rüsumlarının ödəyicisidir.

       Agentliyin vergilər üzrə büdcə ilə hesablaşmalari aşağıdakı kimidir:  

 

Göstəricilər

Hesablanmışdır

Ödənilmişdir

Əmlak vergisi

77643,32

65720,52

Mənfəətdən vergi

17538,69

3507,74

Torpaq vergisi

71720,51

76308,58

Yeraltı sərvətlərdən istifadə və ətraf mühiti çirkləndirməyə görə ödənişlər

1324,50

1009,50

Əlavə dəyər vergisi

131349618,00

131380672,47

Gəlir vergisi

4112884,53

3433307,22

Nəqliyyat vergisi

3360,00

4170,00

Sair vergilər

162327,83

372472,47

İqtisadi sanksiyalar

46522,86

46072,95

Cəmi

135842940,24

135383241,45

    

       Vergilər üzrə hesablaşmada ilinin sonuna vergi növləri üzrə 1142945,64 manat debitor borc və 518075,42 manat  kreditor borc olduğundan, yekunda büdcə ilə vergilər üzrə 624870,22 manat artıq ödəmə yaranmışdır.

 

 

         KAPİTALDA DƏYİŞİKLİK

 

        Agentliyin fondlar üzrə kapitalda dəyişikliyi aşağıdakı kimidir:  

 

Fondların adı

01.01.2018-ci ilə qalıq

Hesabat ilində daxil olub

Hesabat ilində xərclənib

31.12.2018-ci ilə qalıq

 
 
 

Nizamnamə kapitalı

644987156,00

68118159,00

0,00

713105315,00

 

Əlavə kapital

8154113689,48

2361276963,23

145848056,07

10369542596,64

 

Ehtiyat kapitalı

32352518,10

14804107,00

16146196,94

31010428,16

 

Bölüşdürülməmiş mənfəət

6035,70

0,00

0,00

6035,70

 

Yığım fondu

1044207,17

19330,00

8803,00

1054734,17

 

Sosial sferaların fondu

22658,40

0,00

0,00

22658,40

 

Büdcədən məqsədli maaliyyələşmə və daxilolmalar

3148261,41

372000000,00

375029493,74

118767,67

 

Büdcədənkənar fondlardan məqsədli maliyyələşmə və daxilolmalar

0,00

14812232,01

14812232,01

0,00

 

İstehlak fondları

1496982,90

21185,35

67448,35

1450719,90

 

Cəmi:

8837171509,16

2831051976,59

551912230,11

11116311255,64

 

    

        Kapital qoyuluşlarının investisiyasına və maliyyələşdirilməsinə büdcədən  1039137303,74  manat alınmış və aidiyyatı üzrə xərclənmişdir.

 

 

 

MALİYYƏ HESABATLARININ (KONSOLİDƏ EDILMIŞ) HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ ÜZRƏ RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI

     31 DEKABR 2018-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

     Müstəqil auditor hesabatında şərh edilən müstəqil auditorların məsuliyyətinə uyğun oxunmalı olan bu hesabat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin maliyyə hesabatları ilə bağlı rəhbərliyin müvafiq məsuliyyətini müstəqil auditorların məsuliyyətindən fərqləndirmək məqsədilə hazırlanmışdır.   

       Rəhbərlik Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 31 dekabr 2018-ci il tarixinə maliyyə vəziyyətini, əməliyyatlarının nəticələrini və həmin tarixdə başa çatmış il üzrə pul vəsaitlərinin hərəkətini, kapitalda dəyişikliklər hesabatını düzgün və mövcud qanunvericiliyə müvafiq qaydada əks etdirən maliyyə hesabatlarının hazırlanmasına görə məsuliyyət daşıyır.

 Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıdakılar üzrə məsuliyyət daşıyır :

· Uyğun mühasibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi

 · Məntiqli və məqsədəuyğun təxminlərin və qərarların qəbul edilməsi

· Mövcud qanunvericiliyə uyğunluğun bəyan edilməsi və əgər əhəmiyyətli kənarlaşmalar varsa, bu halların maliyyə hesabatlarında açıqlanması və izah edilməsi

 · Əgər yaxın gələcəkdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi işini normal şərtlər altında davam etdirəcəksə, hesabat tarixinə maliyyə hesabatlarının daimilik prinsipi əsasında hazırlanması. Rəhbərlik həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır :

· Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənib hazırlanması, qurulması və möhkəmləndirilməsi

· Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin maliyyə hesabatlarının mövcud qanunvericiliyə uyğun oalaraq düzgün hazırlanması maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat sisteminin təşkil edilməsi

· Yerli mühasibat sisteminin Azərbaycan Respublikasının qanunvericilik və mühasibat standartlarına uyğun olaraq təşkil edilməsi

 · Mümkün imkanlardan istifadə edərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin aktivtərinin mühafizə edilməsinin təşkil olunması

· Saxtakarlıq, yanlışlıq və digər qanunauyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması .

 

 

                      MÜSTƏQİL AUDİTOR HESABATI

                        «Azərbaycan Avtomobil Yolları » Dövlət Agentliyinin rəhbərliyinə

               RƏY

«Azərbaycan Avtomobil Yolları » Dövlət Agentliyinin 31 dekabr 2018-ci il tarixinə maliyyə vəziyyətinə dair hesabatından (konsolidə edilmiş),məcmu gəlirlərə dair hesabatından (konsolidə edilmiş),kapitalda dəyişikliklər hesabatından (konsolidə edilmiş) və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hesabatından (konsolidə edilmiş), habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla,maliyyə hesabatlarına qeydlərdən ibarət toplu (konsolidə edilmiş) maliyyə hesabatlarının auditi aparılmışdır. Hesab edirik ki, əlavə edilmiş toplu (konsolidə edilmiş) maliyyə hesabatları Agentliyin 31 dekabr 2018-ci il tarixinə maliyyə vəziyyətini,habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Azərbaycan Respublikasının Mühasibat Uçotu Haqqında Qanununa uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir. Rəy üçün əsaslar Biz auditi Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq.Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatımızın “Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Agentlikdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik.Hesab edirik ki,əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandlrmaq üçün yetərli və münasibdir. Maliyyə hesabatlarına görə rəhbərliyin və Agentliyin idarə edilməsinə məsul şəxslərin məsuliyyəti Rəhbərlik maliyyə hesabatlarının Azərbaycan Respublikasının Mühasibat Uçotu Haqqında Qanununa və Milli Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə,dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır. Maliyyə hesabatlarını hazırladıqda,rəhbərlik Agentliyi ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı,yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda,rəhbərlik Agentliyin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə ,müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və idarəetməyə məsul şəxslər Agentliyin maliyyə hesabatlarının təqdim etmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır. Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi ,dələduzluq və ya səhvlər nəticəsində,əhəmiyyətli təhriflərin olub – olmadığına dair kafi əminlik əldə etmək və rəyin də daxil olduğu auditor hesabatını təqdim etməkdir.Kafi əminlik əminliyin yüksək səviyyəsidir,lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir.Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq ,istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

 

Auditor E. Əliyev

Bakı şəhəri, Azərbaycan Respublikası

28.06.2019

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin