Az    |     Ru    |     En
      

 

 

 

Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin sədri

cənab Saleh Məmmədova

 

Hörmətli Saleh müəllim,

 

Bildiyiniz kimi, Bakı şəhəri 2019-cu ildə keçiriləcək UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasının Final oyunlarının keçirilməsi üçün öz namizədliyini irəli sürüb. Hər bir final oyununun keçirilməsi üçün xüsusi sifariş kitabları hazırlanıb və 6 iyun 2017-ci il tarixdə elektron formada UEFA-ya təqdim edilib. Sifariş kitablarının çap versiyaları və həmçinin Bakı şəhərinin namizədliyini təbliğ edən videoçarxlar və xüsusi toplar AFFA rəhbərliyi tərəfindən UEFA rəhbərliyinə və İcraiyyə Komitəsinin üzvlərinə təqdim edilib.

 

Böyük qürur hissi ilə Sizə bildirmək istərdik ki, Bakı şəhərinin namizədliyi qalib gəlmişdir və 2019-cu ildə UEFA Avropa Liqasının Final oyunu Bakı Olimpiya Stadionunda keçiriləcəkdir!

 

Sifariş kitablarının hazırlanmasında Sizin və rəhbərlik etdiyiniz qurumun da zəhməti vardır. Bu məhsuldar əməkdaşlığa görə Sizə öz dərin minnətdarlığımızı bildiririk.

 

Namizədliyimizlə bağlı hazırlanmış xüsusi hədiyyəni bu əlamətdar tarixdən xoş xatirə kimi Sizə təqdim edirik.

 

Ümüd edirik ki, əməkdaşlığımız gələcəkdə də, belə uğurlu nəticələrə nail olacaqdır.

         

Hörmətlə ,        

Baş katib

Elxan Məmmədov         

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin