Az    |     Ru    |     En
      

                                       

                                                Hüsnü Ələkbər oğlu Quliyev

 

Hüsnü Ələkbər oğlu Quliyev 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kəndində anadan olmuşdur.

 

Ali təhsillidir. 1984-cü ildə Bakı Kooperativ Texnikumunun “Ərzaq malları əmtəəşünaslığı və ticarətin təşkili” fakültəsini fərqlənmə ilə bitirmiş “əmtəəşünas” ixtisasına yiyələnmişdir və 2002-ci ildə Odlar Yurdu Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsini  bitirmiş “maliyyə və kredit” ixtisasına sahiblənmişdir.

 

1980-1982-ci illərdə Ordu Sıralarında xidmət etmişdir.

 

Əmək fəaliyyətinə 1984-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayon İstehlak Cəmiyyətində müdir-satıcı  kimi başlamışdır.

 

1984-1991-ci illərdə Naxçıvan Muxtar Respublikasının Babək rayon İstehlak Cəmiyyətində müdir-satıcı, müdir;

 

1991-1997-ci illərdə “Azərkinovideo” İstehsalat Birliyinin Təmir-Tikinti Tresti üzrə təchizat üzrə müavin;

 

1998-2015-ci illərdə “Vüsal” firmasında direktor;

 

2015-2016-cı illərdə  “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin “2 saylı Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin rəisi vəzifəsində işləmişdir.

 

2016- 2017 cı illərdə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsini müvvəqqəti icra edib.

 

10 mart 2017- ci il tarixindən 21 dekabr 2017 - ci il tarixinədək "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb.

 

21 dekabr 2017-ci il tarixindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavini vəzifəsində çalışır.

 

2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

 Ailəlidir, 2 (iki) övladı var.

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin