Az    |     Ru    |     En
      

                                           

                                                        Əvəz İlyas oğlu Qocayev

 

Əvəz İlyas oğlu Qocayev 1959-cu ildə Tovuz rayonunun Əyyublu kəndində anadan olmuşdur.

 

Ali təhsillidir. 1985-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “Sənaye və mülki tikinti” fakültəsini  bitirmiş “inşaat-mühəndisi” ixtisasına yiyələnmişdir.

 

1977-1979-ci illərdə Ordu sıralarında xidmət etmişdir.

 

Əmək fəaliyyətinə 1980-ci ildə Bakı şəhəri, Binəqədi rayonunun 80 saylı Mənzil İstismar İdarəsində texnik-nəzarətçi kimi başlamışdır.

 

1982-1986-cı illərdə Bakı şəhəri, Binəqədi rayonunun 83 saylı Mənzil İstismar İdarəsində mühəndis;

 

1986-1993-cü illərdə Bakı şəhəri, Binəqədi rayonunun 102 saylı Mənzil İstismar İdarəsində rəis;

 

1993- cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil şöbəsində təftiş-mühasib;

 

1993-1999-cu illərdə Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin Tikinti və abadlıq işləri üzrə müavin;

 

2000-2001-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin Mənzil şöbəsində aparıcı mühəndis-müfəttiş;

 

2001-2002-ci illərdə “Azəravtonəqliyyat” Dövlət Konserninin Mənzil Təsərrüfat İdarəsində rəis;

 

2002-2003-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində kompyüter bölməsində rəis;

 

2003-2008-ci illərdə “Yolnəqliyyatservis” Departamentinin İstehsalat şöbəsində rəis müavini, Reklam şöbəsində rəis, “Yolreklamservis” MMC-də rəis;

 

2008-2015-ci illərdə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin “Avtomobil Yollarının İstismarı və reklam” MMC-də rəis vəzifələrində işləmişdir.

 

2015- 2017-ci illərdə  “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsini müvvəqqəti icra edib.

 

10 mart 2017- ci il tarixindən 21 dekabr 2017 - ci il tarixinədək "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb.

 

21 dekabr 2017-ci il tarixindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavini vəzifəsində çalışır.

 

2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2015-ci ildən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin YAP İlk Partiya Təşkilatının sədridir. 

 

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və müharibə veteranı adı verilmişdir.

 

Ailəlidir, 3 (üç) övladı var.

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin