Az    |     Ru    |     En
      

  2016-Cİ İL ƏRZİNDƏ "AZƏRAVTOYOL" ASC-NİN YERİNƏ 

    YETİRDİYİ İŞLƏR       

 

         “Azəravtoyol” ASC-nin kollektivi tərəfindən 2016-cı il ərzində uzunluğu 880 km ( 2015-ci ildə 524,4  km ) olan ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələri tikilib, yenidən qurulub və təmir olunub.

Bura :

  • Respublika əhəmiyyətli  - 323,5 km;
  • Yerli əhəmiyyətli            - 463,6 km;  ( 2015-ci ildəkindən, 296,1 km çox)
  • Bakı şəhər yolları          - 92,9  km. yol daxildir.

        2016-cı il ərzində Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın və Möhtərəm cənab Prezident tərəfindən hesabat ilində imzalanan 48 Sərəncamın icrası olaraq ümumi uzunluğu 515 km təşkil edən 21 kəndlərarası və 7 qəsəbələrarası avtomobil yollarının tikintisi, qəzalı vəziyyətə düşən 1 körpünün bərpası işləri başa çatdırılıb. Sözügedən avtomobil yolları təqribən 1 milyon 230 min əhalinin yaşadığı 173 yaşayış məntəqəsini birləşdirib.

         Sözügedən sərəncamların və proqramların icrası olaraq respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 14 yeni avtomobil körpüsü, 2 ədəd piyada keçidi tikilib, 8 ədəd avtomobil körpüsü isə təmir edilib. Bakı şəhəri Binəqədi, Nizami, Yasamal, Xətai, Nərimanov, Nəsimi, Xəzər, Sabunçu, Suraxanı, Qaradağ və Səbail rayonlarında 48 adda prospekt və küçə yenidən qurulub və təmir olunub, həmçinin 4 ədəd piyada keçidi tikilib, 1-i isə təmir edilib.

          Bundan əlavə, Bakı şəhərinin bütün inzibati rayonları ərazisində  289,6 min msahədə cari təmir işləri yerinə yetirilib.

          Yenidən qurulması başa çatdırılmış 28 kəndlərarası və qəsəbələrarası avtomobil yollarının əksəriyyətinin vətəndaşların istifadəsinə verilməsi mərasimində prezident İlham Əliyev şəxsən iştirak edib.

            2016-cı il ərzində Prezident İlham Əliyev 21 dəfə avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma və tanışlıq mərasimlərində iştirak edib, öz dəyərli tövsiyyə və tapşırıqlarını verib.        

            Prezident  İlham Əliyev 2016-cı ilin aprel ayının 19-da “Azəravtoyol” ASC-nin yeni inzibati binasınının açılışını edib, aprel ayının 29-da Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax mənzilinin 115 kilometrlik hissəsinin açılışında iştirak edib,  may ayının 4-də paytaxt Bakının Nizami rayonundakı Mikayıl Əliyev, Çobanzadə, Naxçıvani və Mehdi Abbasov küçələrində aparılan yenidənqurma işləri ilə tanış olaraq, öz dəyərli məsləhət və göstərişlərini verib,  iyul ayının 21-də Sabunçu rayonu ərazisində əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh yolunun, həmçinin Nardaran qəsəbəsində Abşeron və Nəsrulla Əsgərov küçələrinin açılışında, avqust ayının 4-də Bakının Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməl qoyma mərasimində, avqust ayının 10-da Qaraməryəm-İsmayıllı avtomobil yolunun, Qəbələ rayonunda Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun,  sentyabr ayının 3-də Biləsuvar rayonun Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun, Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 23,4 kilometrlik hissəsinin, Salyanın Babazanan yaşayış massivini şəhərin mərkəzi ilə birləşdirən Kür çayı üzərində uzunluğu 201 metr, eni 14,5 metr olan yeni körpünün açılışında, sentyabr ayının 8-də Qusar rayonunda Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun və Xaçmaz rayonunda Xudat-Yalama-Zuxuloba avtomobil yolunun, sentyabrın 21-də Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsinin açılışında, oktyabrın 19-da Qazax rayonunun Qazax-Kosalar avtomobil yolunun açılışında, noyabr ayının 12-də Füzuli rayonundakı 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun, Beyləqan rayonun Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun açılışında, dekabr ayının 8-də Suraxanı rayonunda Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun və Sabunçu rayonunda əsaslı şəkildə yenidən qurulan Ramana-Maştağa avtomobil yolunun, dekabr ayının 26-da isə Binə qəsəbəsində Əli İsazadə küçəsinin, Xəzər rayonunda Qala-Pirallahı avtomobil yolunun ikinci hissəsinin və Ağ Şəhər”də tikilən 2 km uzunluğunda küçələrin açılış mərasimlərində iştirak edib.

  

        2016-cı il ərzində ümumilikdə 1 021,8 min ton asfalt-beton istehsal edilmiş, 56,2 min ton bitum və 4,5 min ton mazut istifadə edilib.

         Asfalt-beton qarışıqlarının keyfiyyətini yüksəltmək məqsədilə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının tövsiyyəsini nəzərə alaraq, 84,1 ton bituma adgeziya qatqısı və İtaliya Respublikasından xüsusi polimer alınaraq əsasən asfalt-beton örtüyünün üst-aşınma layının tikintisində  istifadə edilib.

 

Kəndlərarası, Bakı  və onun  qəsəbələrarası avtomobil yolları layihələri

 

       Ölkə başçısının birbaşa göstərişi ilə yerli icra hakimiyyəti orqanları tərəfindən 2013, 2014 və 2015-ci illərdə tikintisinə başlanılmış kəndlərarası avtomobil yollarının tikintisinin başa çatdırılması, habelə Bakı şəhəri və qəsəbələrində avtomobil yollarının tikintisi və yenidən qurulmasının davam etdirilməsi  2016-cı ildən başlayaraq “Azəravtoyol” ASC-yə həvalə edilib.

 

         Cari il ərzində möhtərəm cənab Prezidentin imzaladığı 48 Sərəncama əsasən, 29 rayon və şəhər ərazisində uzunluğu 708,8 km olan 33 avtomobil yolunun tikintisi, 1 körpünün tikintisi və 1-nin bərpası, Bakı şəhərində və onun qəsəbələrində isə uzunluğu 84,7 km olan 13 qəsəbələrarası avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinə başlanılıb.

 

          Hesabat ili ərzində 713,5 min nəfər əhali yaşayan,159 yaşayış məntəqəsini birləşdirən  uzunluğu 472,5 km olan 21 kəndlərarası avtomobil yolunun və Bakı şəhərində isə 513,7 min nəfər əhali yaşayan, 14 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 42,5 km olan 7 qəsəbələrarası avtomobil yolunun tikintisi və yenidən qurulması başa çatdırılıb.

 

           Ümumilikdə isə 48 Sərəncamda nəzərdə tutulan layihələrin həyata keçirilməsi  2,0  milyon nəfər  əhalinin yaşadığı 356 yaşayış məntəqəsini əhatə edəcək, onların 917,9 km uzunluğunda rahat avtomobil yollarından istifadə edərək tədarük etdikləri kənd təsərrüfatı məhsullarını (pambıq, barama, tütün və.s) və meyvə-tərəvəzi sürətlə və qısa vaxt ərzində istədikləri ünvanlara çatdırmağa imkan verəcək.

 

Bakı şəhərində yağış kanalizasiya sistemi barədə

 

          Bakı şəhərində 2016-cı ilin sentyabr və oktyabr aylarında aramsız yağan yağışlar, həmin dövr üçün müşahidə edilmiş yağıntı normasından müvafiq olaraq 9,2 və 3,7 dəfə çox olmuş və nəticədə  Bakı şəhərininin avtomobil yolları, küçə və prospektlərinin bir çox yerlərində yağış sularının yığılması müşahidə olunub, nəqliyyatın təhlükəsiz hərəkətində böyük çətinliklər, bəzi yerlərdə isə davamlı  tıxaclar yaranıb.

        “Azəravtoyol” ASC tərəfindən avtomobil yollarının saxlanılması və cari təmiri üçün ayrılmış vəsaitdən edilən qənaət hesabına yağış sularının axıdılması məqsədilə ümumilikdə 2015-2016-cı illər ərazində müxtəlif diametrli uzunluğu 7 563 metr olan yağış-kanalizasiya xətləri çəkilmiş və təmir olunub  və bu işlər bu gün də davam etdirilir.

         Ancaq məsələnin əhəmiyyətini nəzərə alaraq 2016-cı ilin Möhtərəm cənab Prezident tərəfindən noyabr ayının 11-də Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında Sərəncam imzalanıb.

          İşçi qrupuna Bakı şəhərində yağış, ərimiş qar sularının yığılması təhlükəsi olan şəhər avtomobil yollarını müəyyənləşdirməklə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsinə dair təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşığının icrası başa çatmaq üzrədir.

        Cari ilin dekabr ayının 30-da isə Möhtərəm cənab Prezident tərəfindən Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında fərman da imzalayıb.

       Bu Fərmana əsasən Bakıda bir sıra mühəndis-kommunikasiya, o cümlədən yağış kanalizasiya sistemlərinin hazırkı inkişaf vəziyyəti və şəhər təsərrüfatının tələblərinə cavab verən səviyyəyə çatdırılması üçün təkmilləşdirilməsi, bəzi məhdudlaşdırma tədbirləri də daxil olmaqla əlavə və uzunmüddətli işlərin görülməsi nəzərdə tutulur.

 

Daxili İnvestisiya hesabına yerinə yetirilən layihələr

 

           Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 19 may tarixli, 291s nömrəli sərəncamına əsasən, müxtəlif yol layihələrinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitdən Bakı şəhəri və qəsəbələrdə yerləşən Qala-Pirallahı, Zığ-Hövsan, “Ağ şəhər”, 4-cü Qapı, Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil körpüsünün tikintisi, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel yeni yolun tikintisi (II mərhələ), Xocasən - Lökbatan avtomobil yolunun 11-19 km hissəsinin yenidən qurulması, regionlardakı avtomobil yolları və yol qurğularının tikintisinin davam etdirilməsinə və s. üçün yönəldirilib.

 

Xarici investisiya ilə maliyyələşdirilən layihələr 

 

          Bu gün respublikanın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində dövlət büdcəsindən əsaslı vəsait qoyuluşları ilə yanaşı beynəlxalq maliyyə institutlarından və digər kreditor qurumlardan cəlb olunan kreditlər hesabına irimiqyaslı layihələr həyata keçirilir. Bu layihələr haqqında qısa məlumat vermək istərdim.

 

  1. Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M-2) Kürdəmir-Ucar-Yevlax hissəsinin 4 zolağa genişləndirilməsi.

Kürdəmir-Ucar-Yevlax avtomobil yolunun yenidən qurulması layihəsi Çex Respublikasının kommersiya bankları ilə bağlanmış Kredit Sazişinə  əsasən həyata keçirilib.

 

      Baş Podratçı-Çexiyanın “SAZ s.r.o” şirkəti;

      Subpodratçı - Türkiyənin“Bayburt Grup Sanayi ve Ticaret” AŞ;

      Texniki  nəzarətçi -  Türkiyənin “Yüksel Proje Caspian” QSC ;

 

Uzunluğu 87,8 km olan yolun tikintisi işlərinə 13.09.2012-ci il tarixində başlanmış, 2016-cı il sentyabr ayının 21-də  layihə başa çatdırılaraq Möhtərəm cənab Prezidentin iştiraki ilə rəsmi açılışı edildi.

 

 

  1. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunda (M-3) həyata keçirilən layihələr tikintisi.

 

  • Yenikənd-Salyan (31÷54.4 km və Salyan-Şorsulu 55.80÷80.6 km   hissələri)

         Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunda (M-3) həyata keçirilən layihələr,  Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) ilə bağlanmış Kredit Sazişinə  əsasən həyata keçirilir.

  •  Baş Podratçı- Evrascon-AzVirt” Birgə Müəssisəsi;
  •  Texniki  nəzarətçi -  Almaniyanın “Kocks Consult GMBH” firması

Layihə üzrə tikinti işlərini 2011-ci ildə İtaliyanın “Todini” şirkəti başlamış, sonradan bu müqaviləyə xitam verilmiş, 26.05.2014-cü il tarixdə “Evrascon-AzVirt” Birgə Müəssisəsi ilə yeni Podrat müqaviləsi imzalanıb.

 

01 yanvar 2017-ci il tarixinə yerinə yetirilmiş iş həcmləri müvafiq olaraq 1C hissəsində 72,2% və hissə 2-də 58,5% təşkil edib.

 

Layihənin Yenikənd-Salyan hissəsinin 2017-ci ilin iyun ayının sonunda, Salyan-Şorsulu hissəsinin isə 2017-ci ilin  oktyabr ayında  başa çatdırılması gözlənilir.

 

Ələt-Şorsulu hissəsində Kür çayı üzərində yeni körpünün tikintisi

Salyan şəhərində Kür körpüsünün tikintisi Dünya Bankı ilə imzalanmış Əlavə Maliyyələşdirmə Sazişi çərçivəsində həyata keçirilib.

  •  Podratçı- Evrascon” ASC
  •  Texniki  nəzarətçi -  Almaniyanın “Kocks Consult GMBH” firması

 Uzunluğu 362,9 m olan körpünün yanaşma yolları IB dərəcəli, hesabı yükləri AK-15, HK-100 qəbul edilmişdir. Respublikamızda ilk dəfə orta aşırımın uzunluğu 151 m olan qurğu həm uzununa həm də eninə gerginləşdirilərək monolit dəmirbetondan tikilməklə 1 ədəd metal tağdan troslarla asılıb.

 

      Yeni körpü müasir  texnologiyaların tətbiqi nəticəsində yaranmış original konstruksiyası, öz incə dizaynı və memarlıq görnüşü ilə xüsusi seçilərək, ətraf landşaftla vəhdət təşkil edir.

 

         Körpünün tikintisi 2015-ci ilin avqust ayında başa çatdırılmış və  2016-cı ilin sentyabr ayının 3-də Möhtərəm cənab Prezidentin iştirakı ilə rəsmi açılışı olundu.

 

                                                        Şorsulu-Cəlilabad (80,6÷110,7 km) hissəsi

Layihə Asiya İnkişaf Bank ilə bağlanmış Kredit Sazişinə  əsasən həyata keçirilir.

 

- Baş Podratçı- Türkiyənin “Kolin İnşaat Sanaye Turizm və Ticarət” AŞ;

- Texniki  nəzarətçi -  ABŞ-ın “TERA İnternational Group” firması;

Tikinti işlərinə 2015-ci ilin sonunda başlanmışdır. 01.01.2017-ci il tarixinə yerinə yetirilən görülən işlər 28,7 % təşkil edir. Layihənin 2019-cu ildə başa çatdırılması nəzərdə tutulub.

 

                             Cəlilabad-Masallı (110,7÷142,9 km) hissəsi

Layihə Asiya İnkişaf Bankı ilə  imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir.

  • Baş Podratçı- Türkiyənin “Kolin İnşaat Sanaye Turizm və Ticarət” AŞ;
  • Texniki  nəzarətçi -  İtaliyanın “İRD” firması;
  •  

Uzunluğu 32.2 km olan yolun tikintisi işlərinə 2014-cü ilin mart ayında başlanılıb.

 

01.01.2017-ci il tarixinə layihə üzrə yerinə yetirilmiş işlər 76,2% təşkil edib.

Tikinti işlərininin 2017-ci ilin sentyabr ayında başa çatdırılması nəzərdə tutulub.

 

Masallı-Astara (Masallı-Girdəni, km 0÷22,2) A hissəsi

Layihə Asiya İnkişaf Bankı ilə  imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir.

  • Baş Podratçı- Türkiyənin “Kolin İnşaat Sanaye Turizm və Ticarət” AŞ;
  • Texniki  nəzarətçi İngiltərənin “Nippon” firması;

Uzunluğu 22,15 km olan yolun tikintisi işlərinə 2011-ci ilin fevral ayında başlanılıb.

 

01.01.2017-ci il tarixinə layihə üzrə yerinə yetirilən işlər (əvvəlki podratçının gördüyü işlərlə birlikdə)  88,8 % təşkil edib.

 

Tikintinin icra müddəti bir neçə dəfə uzdılmasına baxmayaraq, real olaraq 2017-ci ilin iyun ayında başa çatdırılması nəzərdə tutulub

 

Masallı-Astara (Girdəni-Pensar, 22,15÷41,5 km ) B hissəsi

Layihə Asiya İnkişaf Bankı ilə  imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir.

  • Baş Podratçı- Türkiyənin ““Özgün Yapı Sanayi və Ticarət” AŞ;
  • Texniki  nəzarətçi İngiltərənin “Nippon” firması;

Uzunluğu 19,4 km olan yolun tikintisi işlərinə 2013-cü ilin iyun ayında başlanılıb.

 

01.01.2017-ci il tarixinə layihə üzrə yerinə yetirilmiş işlər (əvvəlki podratçının gördüyü işlərlə birlikdə)  74,7 % təşkil edib.

 

Tikinti işlərininin 2017-ci ilin sentyabr ayında başa çatdırılması nəzərdə tutulub

 

                  Masallı-Astara  (Pensar-Astara  41,5÷61,4 km) C hissəsi

Layihə Asiya İnkişaf Bankı ilə  imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir.

  • Baş Podratçı- Türkiyənin “Polat Yol Yapı Sanayi və Ticarət” AŞ
  • Texniki  nəzarətçi İngiltərənin “Nippon” firması;

Uzunluğu 19,9 km olan yolun tikintisinə 2014-cü ilin yanvar ayında başlanılıb.

 

01.01.2017-ci il tarixinə layihə üzrə yerinə yetirilmiş işlər (əvvəlki podratçının gördüyü işlərlə birlikdə)  68,4 % təşkil edib.

 

Tikinti işlərininin 2017-ci ilin sentyabr ayında başa çatdırılması nəzərdə tutulub.

 

 

  1. Bakı-Şamaxı-Yevlax (M-4) avtomobil yolunun 13,3÷107 km hissəsinin 4 zolağa genişləndirilməsi layihələri:

 

13,3-15,1 km (Müşviqabad qəsəbə ərazisi) hissəsi

Layihə Dünya Bankı ilə  imzalanmış Kredit Sazişi  çərçivəsində həyata keçirilir.

  • Baş Podratçı- “Körpü Bina Tikinti” MMC;
  •  Texniki  nəzarətçi - Cənubi Koreyanın “Pyunghwa Engineering Consultans ltd” firması;
  •  

Uzunluğu 1,9 km, texniki dərəcəsi Ib olan yolun tikintisi işlərinə 2016-cü ilin avqust ayında başlanılıb.

 

01.01.2017-ci il tarixinə layihə üzrə yerinə yetirilmiş işlər (əvvəlki podratçının gördüyü işlərlə birlikdə)  15 % təşkil edib.

 

Tikinti işlərininin 2017-ci ilin avqust ayında başa çatdırılması nəzərdə tutulub.

 

                     

15,1÷44,6 km (Müşviqabad-Çəngi) hissəsi

Layihə Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Beynəlxalq İnkişaf Asosiasiyası (BİA) arasında  imzalanmış Kredit Sazişi çərçivəsində həyata keçirilir.

  • Baş Podratçı- Türkiyənin “Polat Yol Yapı Sanayi və Ticarət” AŞ;
  • Texniki  nəzarətçi-  İtaliyanın “İRD” firması;
  •  

Uzunluğu 29,6 km olan yolun tikintisinə 2011-cü ilin avqust ayında başlanılıb.

 

01.01.2017-ci il tarixinə layihə üzrə yerinə yetirilmiş işlər (əvvəlki podratçının gördüyü işlərlə birlikdə)  65 % təşkil edib.

        Tikinti işlərininin 2017-ci ilin sentyabr ayında başa çatdırılması nəzərdə tutulur.

 

        Layihənin 2017-ci ilin oktyabr ayının sonunda başa çatdırılması nəzərdə tutulur.

 

44,6÷67,5 km (Çəngi-Qobustan) hissəsi

Layihə Dünya Bankı ilə  imzalanmış Kredit Sazişi  çərçivəsində həyata keçirilir.

  • Baş Podratçı- “Polat Yol Yapı Sanayi və Ticarət” AŞ;
  •  Texniki  nəzarətçi - Cənubi Koreyanın “Pyunghwa Engineering Consultans ltd” firması;

Uzunluğu 22.9 km olan yolun tikintisi işlərinə 2013-cü ilin avqust ayında başlanılıb.

 

 01.01.2017-ci il tarixinə layihə üzrə yerinə yetirilmiş işlər 97,2% təşkil edib.

 

Layihənin 30 iyun 2017-ci il tarixində başa çatdırılması nəzərdə tutulur.

 

                              

                      67,5÷91,0  km (Qobustan-Bədəlli) hissəsi

Layihə Dünya Bankı ilə  imzalanmış Kredit Sazişi  çərçivəsində həyata keçirilir.

  • Baş Podratçı- “Polat Yol Yapı Sanayi və Ticarət” AŞ;
  •  Texniki  nəzarətçi - Cənubi Koreyanın “Pyunghwa Engineering Consultans ltd” firması;

Uzunluğu 23,5 km olan yolun tikintisi işlərinə 2013-cü ilin dekabr ayında başlanılıb.

 

 01.01.2017-ci il tarixinə layihə üzrə yerinə yetirilmiş işlər 71,21 % təşkil edib.

 

Layihənin 30 iyun 2017-ci il tarixində başa çatdırılması nəzərdə tutulur.

 

 

  1.  Bakı-Şamaxı-Yevlax (M-4) avtomobil yolunun Muğanlı-Yevlax (km 0÷8.4 və km 38÷144.745) hissəsinin yenidən qurulması.

Bakı-Şamaxı-Yevlax (M4) avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin yenidən qurulması layihəsi Fransanın BNP Paribas Bankı ilə imzalanmış kredit  sazişinə  uyğun olaraq həyata keçirilib.

 

  • Baş Podratçı- İsrailin “Shikun Binui–SBİ İnternational” şirkəti;

           - Texniki  nəzarətçi - Türkiyənin “Pro Yapı Mühendislik ve Müşavirlik” AŞ;

 

Uzunluğu 115 km olan yolun tikintisi işlərinə 2010-cü ilin may ayında başlanılıb.

 

Yolun tikintisi 2016-cı ildə başa çatdırılmış və aprel ayının 29-da Möhtərəm cənab Prezidentin iştirakı ilə rəsmi açılışı oldu.

 

 30 km-lik Ağsu aşırımı hisəssi (8,4-38,0 km) mürəkkəb relyefə malik olmaqla, sürüşmə və seysmik zona olduğuna görə ayrıca layihə kimi həyata keçirilməsi nəzərdə tutulur.

 

 

  1. Gəncə regionunda 4 ədəd körpünün tikintisi (Ağstafa-Poylu avtomobil yolunda (R-24) 3 ədəd və Poylu-Düzqışlaq-Qazax avtomobil yolunda 1 ədəd).

Layihə Asiya İnkişaf Bankı ilə bağlanmış Kredit Sazişinə əsasən həyata keçirilir.

 

Ağstafa rayonu ərazisində Ağstafa-Poylu-Gürcüstan Respublikası dövlət sərhədi ilə (R-24) avtomobil yolinda 3 ədəd körpü, yerli əhəmiyyətli Poylu-Düzqışlaq-Qazax avtomobil yolunda isə 1 ədəd körpü inşa olunur.

 

  • Baş Podratçı- “Körpü Bina Tikinti” MMC və “Gəncə Körpü Tikinti-2” ASC konsorsiumu ;

-  Texniki  nəzarətçi - İtaliynın “İRD” şirkəti;

 

01 yanvar 2017-ci iltarixinə tikinti-quraşdırma işlərinin 68,12%-i yerinə yetirilib.

 

Layihənin 2017-ci ilin sentyabr ayında başa çatdırılması nəzərdə tutlur.

 

 

  1. Mingəçevir-st.Mingəçevir-Bəhramtəpə avtomobil yolunun (R-18) 

yenidənqurulması layihəsi

Layihə Avropa Yenidənqurma və İnkişaf bankı (AYİB) arasında imzalanmış Borc Sazişinə yuğun olaraq, həyata keçirilir.

Borc Sazişi çərçivəsində Mingəçevir-stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun (R-18) 3 hissədən (154,4 km) ibarət olmaqla bərpası nəzərdə tutulub.

 

Mingəçevir-st. Mingəçevir ( 0-16,45 km ) hissəsi

  • Baş Podratçı- “Azvirt” MMC ;

-   Texniki  nəzarətçi - Almaniyanın Kocks Consult GmbH firması;

 

01 yanvar 2017-ci il tarixinə layihə üzrə  tikinti-quraşdırma işlərinin 49,4% yerinə yetirilib.

 

Layihənin 2017-ci ilin iyul  ayında başa çatdırılması nəzərdə tutlur.

 

                Qarağacı-Bəhramtəpə ( 26-137,9 km ) hissəsi

  • Baş Podratçı- Türkiyənin “Polat Yol Yapı Sanayi və Ticarət” AŞ;
  • Texniki  nəzarətçi - Almaniyanın Kocks Consult GmbH firması;

 

Uzunluğu 111,9 km olan yolun tikintisi işlərinə 2016-cı ilin aprel  ayında başlanılıb.

 

01 yanvar 2017-ci il tarixinə layihə üzrə  tikinti-quraşdırma işlərinin 13,9 % yerinə yetirilib.

 

Layihənin 2018-ci ilin aprel  ayında başa çatdırılması nəzərdə tutlur.

 

 

                                  Aran-Qarağacı (0-26 km) hissəsi

  • Baş Podratçı- Türkiyənin “Mehmet Güneş” şirkəti və “Körpü Bina Tikinti” MMC Birgə Müəssisəsi ;
  • Texniki  nəzarətçi - Almaniyanın Kocks Consult GmbH firması;

 

Uzunluğu 26 km olan yolun tikintisi işlərinə 2016-cı ilin noyabr  ayında başlanılıb.

 

01 yanvar 2017-ci il tarixinə layihə üzrə  tikinti-quraşdırma işlərinin 2,1% yerinə yetirilib.

Layihənin 2018-ci ilin noyabr  ayında başa çatdırılması nəzərdə tutulur.

 

 

Nəqliyyatın hərəkətinin təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlər

 

       “Azəravtoyol” ASC-nin əsas öhdəliklərindən biri də hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.

       Bakı şəhərindən ölkəmizin şimal və şimal-qərb hissəsinə çıxış və girişini təmin edən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və Bakı-Şamaxı-Yevlax  avtomobil yollarının müxtəlif hissələrində nəqliyyatın hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan yerlər mütəxəssislərimiz tərəfindən aşkar edilmiş və öz gücümüzlə bu maneələr aradan qaldırılıb.

        Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-22 km hissəsində, magistralın yaşayış məntəqələrindən keçən sahələrində piyadalar üçün 17,6 min m2 səki tikilmiş, 10,9 min pm səki daşları quraşdırılmış, avtobusların dayanması üçün 3 ədəd “cib”lər tikilmiş, yağış sularının nizamlı axınını təmin etmək məqsədilə yolboyu lazım olan hissələrdə 490 pm yağış-kanalizasiya xətti tikilmişdir. Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə sözügedən hissədə ayırıcı zolaqda uzunluğu 9,0 km olan dəmir-beton təhlükəsizlik sədləri quraşdırılmış və xüsusi siqnal dirəkləri ilə təmin edilib.

        Bakı şəhərinə girişdə 20 yanvar tunelinin yan yoluna “Şamaxinka” adlanan əraziyə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə daxil olmasını təmin etmək məqsədilə Bakı Dairəvi-1 avtomobil yolunun giriş hissəsində yerləşən torpaq təpəciyinin bir hissəsinin sökülməsi və tunelin sonunda çıxış yolunun genişləndirilməsi işləri aparılıb. Nəticədə yolun hərəkət hissəsi sözügedən hissədə 6-7 m enində genişləndirilib. Artıq avtonəqliyyat vasitələri manevr etmədən “Şamaxinka” deyilən əraziyə birbaşa daxil ola bilirlər. Bu isə həmin hissədə nəqliyyat vasitələrinin sıxlığının azalmasına müsbət təsir edib.

         Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 9-cu km-də (yerüstü piyada keçidinə çatmamış), yolun kənarında 150 metr uzunluğunda, 15 m enində olan süni təpəciyin sökülməsi və yolun genişləndirilməsi işləri də başa çatdırılmışdır. Nəticədə magistralın bu hissəsində yol daha 3 hərəkət zolağı enində genişləndirilib.

         Eyni zamanda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 9-cu kilometrliyində yerləşən (“Xırdalan” dairəsi yaxınlığında) mövcud yerüstü piyada keçidinin dayaqları sökülərək keçidin  7 m uzadılması işləri başa çatdırılıb. Bunun nəticəsində həmin hissədə yol 7 metr genişlənmış, yolun hərəkət hissəsi isə əlavə 2 hərəkət zolağı enində genişləndirilərək 5 hərəkət zolağına çatdırılıb.

         Magistralın 6-cı km-dən Xırdalan tunelinədək (11-ci km) yolun ayırıcı  zolağında olan metal təhlükəsizlik sədləri daha təhlükəsiz və alt hissəsində “təkərqaytaran” maili elementi olan və hündürlüyü 87 sm olan 3,6 km uzunluğunda dəmir-beton sədlərlə əvəz edilib.

         Paytaxtın şimal girişində, Moskva prospektində kompleks halda atılmış addımların məntiqi davamı olaraq prospektdən şəhərə giriş hissədə “20 Yanvar dairəsi”nə doğru genişləndirilib.

         Məqsəd Sumqayıt şəhərindən və Bakının şimal istiqamətindən şəhərə daxil olan avtonəqliyyat vasitələrinin rahatlıqla “20 Yanvar” dairəsinə çıxışını təmin etməkdir. Bundan öncə Moskva prospektindəki tunelin sonunda şəhər istiqamətinə gələrək körpüyə çıxmadan sağa - “20 Yanvar dairəsi"nə tərəf hərəkət etmək üçün bir zolaqdan ibarət şaxələnmə yeri mövcud idi. Aparılan işlər nəticəsində həmin şaxələnmə yeri genişləndirilərək iki hərəkət zolaqlı edilmiş, nəticədə, tuneldən çıxaraq “20 Yanvar” dairəsinə tərəf hərəkət etmək istəyən sürücülərin həmin şaxələnmə yeri qarşısında yaratdığı tıxac və ləngimə əhəmiyyətli dərəcədə aradan qaldırılıb.

        Əhalinin çoxsaylı müraciətlərini nəzərə alaraq, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan Goranboy rayonuna girişdə dairə şəkilli yol qovşağı yaradılıb, magistralın 17 və 115-ci kilometrlərində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədillə uyğun olaraq 250 metr uzunluğunda, 12,5 metr enində və 440 metr uzunluğunda, 14 metr enində yeni geriyədönmə yol qovşaqları tikilib.

        Bakı şəhərində Sabunçu yol qovşağının altında  Sabunçu qəsəbəsinə rahat-maneəsiz girişi təmin etmək məqsədilə geriyədönmə yolu tikilib.

         Respublikanın ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərinin küçə və prospektlərində piyadaların təhlükəsiz və sərbəst keçidinin təmin olunması üçün yerüstü və ya yeraltı piyada keçidlərinin inşası davam etdirilib.

         2016-cı ildə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi magistral  avtomobil yolunda - 3 yerdə (Xırdalan, Ceyranbatan 2 ədəd),  Bakı-Şamaxı yolunda – 3 yerdə (Sulutəpə və Hökməli dairəsi yaxınlığında və Cəngi qəsəbəsində),  Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunda 1 yerdə (Puta hərbi şəhərciyinin yanında), Bakı şəhəri, Xətai rayonu, Neopol küçəsində, Həsən Əliyev küçəsində, (İqtisad Universitetinin yaxınlığında (yeraltı), Hüseyn Cavid parkının yaxınlığında (Elmlər Akademiyası metro stansiyasının yaxınlığında (yeraltı) piyada keçidlərinin  bəzilərinin tikintisinə başlanılıb və paralel olaraq layihə-smeta sənədləri hazırlanır. Bu keçidlərdən ümumi istifadədə olan 2 ədəd, Bakı şəhərində isə 4 ədəd yeni tikilmiş, 1 ədədi isə təmir edilib.

 

            2016-cı il ərzində 3 248 ədəd yol nişanı və məlumatverici lövhə, 11 115 ədəd siqnal dirəyi,  3 900 ədəd siqnal bayraqları, 29,7 min p.m   əyrixətli tirlər quraşdırılıb və bərpa edilib, 828,8 min m2 həcmində yolların xətlənməsi işləri yerinə yetirilib.

 

 

Qəzalar zamanı yol təsərrüfatına dəymiş ziyan

 

       Görülən tədbirlərə baxmayaraq, 2016-cı il ərzində  respublikanın avtomobil yollarında və Bakı şəhər yollarında 653 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 8 911,1 p.m əyrixətli tirlər, 12 ədəd işıq dirəyi, 12 p.m səsboğucu qurğu, 133 metr dəmir-beton sədlər, 60 p.m körpü məhəccəri, 43 p.m istinad divarı və 37 ədəd yol nişanı yararsız hala düşüb.   

       Ümümilikdə yol təsərrüfatına 780,0 min manat məbləğində maddi ziyan dəyib, bundan 416,8 min manat (53,4 %) ödənilib.

       Dəyən ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə, 443 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunub, 61 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət edilib, 143 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət ünvanlanıb.

 

                   

                      Maddi-Texniki bazanın gücləndirilməsi

 

           “Azəravtoyol” ASC-nin maddi-texniki bazasını gücləndirmək məqsədilə 3 ədəd buldozer, 1 ədəd 14 tonluq vərdənə və 10 ədəd hidravlik çəkic alınıb.

           Hesabat dövrü ərzində Cəmiyyətin “Bakı 2 №-li Yol İstismarı”  MMC-nin nəzdində Almaniya Federativ Respublikasından alınmış Lintex-3000 markalı, məhsuldarlığı 240 ton/saat olan asfalt-beton və emulsiya zavodları quraşdırılaraq istismara verilib. Asfalt-beton  zavodunun ərazisində hər biri 100 ton olan 11 ədəd bitum çəni də qoyulub ki, bunlardan 2 ədədi xüsusi kimyəvi qatqı qatılaraq yüksək keyfiyyətə malik polimer asfalt-beton qarışığı istehsalı üçün nəzərdə tutulub. Zavod həm mavi yanacaq, həm də dizel yanacağı ilə çalışır. Bunun üçün ərazidə 35 tonluq dizel çəni quraşdırılıb, qaz təminatı üçün 4 km-ə yaxın yüksək təzyiqli qaz xətti çəkilib.

           “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası olaraq “Azəravtoyol” ASC tərəfindən elektron xidmət bölməsi yaradılıb və istifadəyə verilib.

 

 

Ekologiya və yaşıllaşdırma

 

          “Azəravtoyol” ASC-nin Avtomobil Yollarının Yaşıllaşdırılması Məhdud Məsuliyyətli Cəmiyyətləri 1600 km magistral avtomobil yolunun, 1824 km isə respublika əhəmiyyətli avtomobil yolunun, ümumilikdə 3424 km avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərilir. Hazırda magistral və respublika əhəmiyyətli  avtomobil yollarının mühafizə zolağında 1 145 944 ədəd, o cümlədən 891 977 ədəd çoxillik ağac mövcuddur.

         Avtomobil yollarının təhkim zolağında 2014 - 2015-ci illərdə 168 129 ədəd, 2016-cı ildə isə 162 237 ədəd, ümumilikdə 550.6 hektar ərazidə 330 366 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.

        Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-ləri Bakı şəhərində 97,3 hektar yaşıllıq sahəsinə, o cümlədən  13,5 hektar qazon sahəsinə, 87 749 ədəd müxtəlif növ ağac və kol bitkisinə xidmət göstərirlər. Bu yaşıllıq sahələrinə su xətləri çəkilmiş, damla üsulu ilə suvarma sistemləri quraşdırılıb.

        Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-ləri tərəfindən 8,6 hektar ərazidə yaradılmış 5 tinglik sahəsində yetişdirilən 136 750 ədəd müxtəlif növ ağac və kol bitkisi əkin üçün istifadə edilib. Hal-hazırda bu tinglik sahələrində 119 920 ədəd ağac və kol bitkisi yetişdirilir.

 

 

Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına

əməl edilməsinin vəziyyəti barədə

 

          Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə biliklərin yoxlanılması müvafiq normativ-hüquqi sənədlərin tələblərinə uyğun qaydada təşkil edilib. Əməyin mühafizəsi üzrə biliklərin yoxlanılması barədə müəyyən edilib formada vəsiqələrin verilmiş, üç pilləli nəzarət sistemi təşkil edilmişdir. Müəssisələrdə işçilərin sağlamlığının təminatı, iş qabiliyyətinin saxlanılması, o cümlədən, əmək haqqı və ona əlavələrin hesablanması və vaxtında ödənilməsi, digər ödənişlərin verilməsi, işçilərin növbəti məzuniyyətə buraxılması işləri müvafiq norma və qaydalara uyğun təşkil edilib.

 

          Bütün işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması barədə “Qala-Həyat” Sığorta Şirkəti ASC ilə müqavilə bağlanmışdır və müqavilə şərtlərinə əməl edilir.

                                   

                                  

Daxili Audit nəzarəti

 

          Təsdiq edilmiş 2016-cı il üçün  audit yoxlaması planına əsasən Maliyyə İdarəsinin Daxili Audit Şöbəsinin mütəxəssisləri tərəfindən il ərzində Cəmiyyətin tabeçiliyində olan 105 (yüz beş) idarə və müəssisələrdə maliyyə-təsərrüfat və istehsalat fəaliyyətinin audit yoxlaması aparılıb və yoxlama nəticəsində bir sıra nöqsan və çatışmamazlıqlar aşkar edilib. Yoxlamalar zamanı müəyyən edilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması üçün Maliyyə İdarəsi tərəfindən idarə və müəssisələrə göstəriş məktubları göndərilmiş və təşkilatlar tərəfindən müvafiq tədbirlər görülüb.

         Prezidentin müvafiq fərmanı ilə Vergi Məcəlləsinə dəyişikliklər edilmiş və 01.01.2017-ci il tarixdən tətbiq olunması nəzərdə tutulub. Bu dəyişikliklər əsasən vergi ödəyicilərinin biznes inkişafının genişləndirilməsinə yönəlsə də, bir sıra sahələrə toxunan önəmlı və çox ciddi maddələr qəbul edilib. Belə ki, bu dəyişikliklər nağd hesablaşmaların aparılmasını, alış-satış əməliyyatlarının qaimə-faktura və ya elektron qaimə-faktura ilə rəsmləşdirilməsini, transfer qiymətlərinin tətbiqini, elektron ticarət əməliyyatlarının vergiyə cəlb edilməsini və bir çox digər məsələləri əhatə edib ki, bu məsələlərin tətbiqi bütün respublikada olduğu kimi “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin təşkilatları tərəfindən də təmin edilməli və bunun üçün müvafiq tədbirlər görülməlidir.

 

 

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin